Aktual

Medvedyev: “Ukrayna Avropa İttifaqına nə zaman qəbul ediləcək? Türkiyədən sonra…”

Medvedyev: “Ukrayna Avropa İttifaqına nə zaman qəbul ediləcək? Türkiyədən sonra…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Federasiyasının keçmiş prezidenti, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ukraynanın Avropa İttifaqına daxil olması şanslarını dəyərləndirib, bu zaman Rusiyanın sabiq baş naziri Viktor Çernomırdinin ifadəsini yada salıb.
“O zaman Ukraynada səfir olan Çernomırdindən, guya, soruşublar ki, “Ukrayna nə zaman Avropa İttifaqına daxil olacaq?” O isə dərhal cavab verib: “Türkiyədən həmən sonra”.
“Bəs Türkiyə nə zaman daxil olacaq?” – ona dəqiqləşdirici sual ediblər.
“Türkiyə? Heç vaxt”, – Medvedev xatırlayıb.
Moderator.az xəbər verir ki, bunu keçmiş prezident özünün “Telegram- kanal”ında yazıb.
O, qeyd edib ki, Ukraynanın Avropa İttifaqına daxil olmasında bir əmma var.
“Son illərin Çernoqoriya və Makedoniyanın timsalında təcrübəsi göstərir ki, Avropa İttifaqına giriş NATO- dan keçir. Bunlar bir- biri ilə bağlı təşkilatlardır. Avropasayağı, siyasi ədəb-ərkanla desək, tərəfdaşdırlar”, – Medvedev yazıb.
Onun sözlərinə görə, Avropa İttifaqına daxil olmazdan öncə, NATO- ya daxil olmalısan, ona görə ki, hərbi alyans siyasi alyansdan üstündür. Bütövlükdə, Vaşinqton Brüssel üzərində ağalıq edir, ona görə də hələ aydın deyil ki, Ukrayna NATO- ya girmədən necə Avropa İttifaqının üzvü ola bilər. ” Cavab yoxdur. Bu gün bu, alınmır”, – Medvedev belə hesab edir.
Xatırladaq ki, Ukrayna  Rusiyanın onun ərazisində üzdəniraq “xüsusi hərbi əməliyyat”a başlayandan dərhal sonra Avropa İttifaqına daxil olması barədə sorğu göndərib.
Martin 29- da İstanbulda baş tutan danışıqlarda Kiyev Ukraynanın Avropa İttifaqına daxil olmasına Moskvanın etiraz etməyəcəyi barədə yazılı təkliflər təqdim edib.