Aktual

Məğlubiyyətin acısı və törədilən ekoloji terrorun fəsadları – NAZİR MÜAVİNİ AÇIQLADI

Məğlubiyyətin acısı və törədilən ekoloji terrorun fəsadları – NAZİR MÜAVİNİ AÇIQLADIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan ordusunun şücaəti ilə 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində geri qaytarıldı. Bir sözlə Azərbaycan BMT və ATƏT-in 30 ildə son qoya bilmədiyi Ermənistanın işğalçılıq siyasətinə 44 gündə son qoydu.

II Qarabağ savaşında zəfər çalan Azərbaycan qalib ölkə olaraq bütün dünyaya bir mesaj ünvanladı: “Qarabağ Azərbaycandır!” mesajı
Müharibədən sonra həmin ərazilərə səfər edən yerli və xarici KİV-nin nümayəndələri və digər rəsmilər Erməni vandallığının bilavasitə şahidi oldular.Təbii ki, söhbət işğalçı ölkənin Azərbaycanın flora və faunasını, təbii sərvətlərini bilərəkdən və vəhşicəsinə məhv etməsindən gedir. Bunun bir adı var- Ekoloji terror

Məsələyə münasibət bildirən Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev 7times.az saytına açıqlamasında qeyd etdi ki, hazırda işğaldan azad edilən ərazilərdə monitorinqlər aparılır və monitorinqlər davam etdikcə vurulan zərərin ölçüsünün daha da böyük olduğu məlum olacaq.

“Təkcə onu deyə bilərəm ki, Qarabağ ərazisində işğaldan əvvəl 228 min hektara qədər ərazi meşə ilə örtülü olub. Onun 54 min hektarı erməni vandalları tərəfindən məhv edilib”

Nazir müavini onu da qeyd etdi ki, hazırda ölkəmizdə keçirilən “Yaşıl Marafon” layihəsi çərçivəsində işğaldan azad olunan bəzi ərazilərdə ANAMA-nın nəzarəti ilə tərəfimizdən yaşıllıq zolaqları salınır, yeni ağac növləri əkilir.

“Bunun üçün təmsil etdiyim qurumun kifayət qədər imkanları var. Erməni terrorçuları tərəfindən minalanan ərazilər ANAMA əməkdaşları tərəfindən təmizləndikcə, işğaldan azad edilmiş torpaqların tez bir zamanda yaşıllaşdırılması ilə bağlı müvafiq tədbirlər görüləcək. Qarabağ tez bir zamanda yaşıllığa qərq ediləcək”

F.Əliyevin sözlərinə görə ermənilərin təbiətimizə vurduğu ziyan təkcə meşələrlə bitmir.

“ Erməni vandalları bizim yeraltı və yerüstü yataqlarımıza, termal-mineral su mənbələrimizə ziyan vurublar, faydalı filiz yataqlarımızı istismar ediblər. 30 il ərzində təxminən 100 min hektardan çox ərazidə yanğınlar törədiblər. Aparılan araşdırmalardan sonra beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq və Ermənistan dövləti törətdiyi ekoloji terrora görə cavab verəcək.Hazırda isə həmin ərazilərə dəymiş ziyanın məbləği hesablanır”

Bəli gözü qana susayan bir ölkənin törətdiyi vəhşilik artıq dünyanın gözü önündədir. Bu da təkcə Azərbaycanın ekologiyasına deyil, bütünlükdə bəşəriyyətin bioloji müxtəlifliyinə vurulan zərbədir.Beynəlxalq ictimaiyyət artıq susmamalı və ekoloji müharibyə son qoyulması üçün lazımi addımlar atmalıdır.Çünki məğlub olan ölkənin törətdiyi bu vəhşiliyin əks-sədası daha dərin və uzunmüddətli ola bilər.

AYTƏN SAKİTQIZI