Ölkə

Məhəmməd bin Salman Prezident İlham Əliyevi təbrik edib

Məhəmməd bin Salman Prezident İlham Əliyevi təbrik edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına daha sürətli inkişaf arzulayıram”.