Dünya

“Məhəmməd peyğəmbəri təhqir etmək azadlıq deyil” – Putin

“Məhəmməd peyğəmbəri təhqir etmək azadlıq deyil” – Putinbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məhəmməd peyğəmbəri təhqir etmək sənət azadlığı deyil”.

7times.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada illik mətbuat konfransında sənətdə azadlığa münasibət bildirərkən deyib.

“Bu azadlıq başqa bir insanın azadlığını məhdudlaşdırdıqda, bizim inkişaf etdirdiyimiz məqsədlərlə müəyyən ziddiyyət təşkil edir. Məhəmməd peyğəmbəri təhqir etmək sənət azadlığıdırmı? Məncə, bu, azadlıq deyil. Bu, dini etiqad azadlığının və müqəddəs dinin pozulmasıdır”, – Putin qeyd edib.

Qeyd edək ki, Fransanın “Charlie Hebdo” qəzetində 2012-ci ilin sentyabr ayında Məhəmməd peyğəmbərin satirik karikaturaları dərc edilib. 7 yanvar 2015-ci ildə iki nəfər əli silahlı şəxs “Charlie Hebdo”nun Parisdəki qərargahına zorla girib atəş açaraq 12 nəfəri öldürüb. Hücum zamanı silahlılar “Allahu əkbər” və həmçinin “Peyğəmbərin qisası alınır” şüarlarını səsləndiriblər.