Türkiyədə Məmləkət Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Məhərrəm İncə namizədliyini geri götürüb.
7Times.az bu barədə “TRT Haber”ə istinadən xəbər verir.
Məhərrəm İncə qeyd edib ki, ona qarşı qarayaxma kampaniyası başladılıb: “Namizədliyimi geri götürürəm, bunu ölkəm üçün edirəm”.
Məhərrəm İncənin adı 14 may seçkisinin bülletenlərində yer alacaq, lakin ona verilən səslər sayılmayacaq.
Qeyd edək ki, Muharrem İnceyə aid olması iddia edilən qeyri-etik videolar, o cümlədən, 5 milyon dollarlıq birdəfəlik gəlir əldə etməsi haqqında məlumatlar yayılmışdı. Siyasətçi bütün bunların FETÖ tərəfindən provokasiya olduğunu bildirərək, dövləti bu məsələlər ilə bağlı lazımi araşdırmalar aparmağa çağırıb.
Xatırladaq ki, bundan sonra seçkidə 3 namizəd qalıb: Rəcən Tayyib Ərdoğan, Kamal Kılıçdaroğlu və Sinan Oğan.