Türkiyənin tanınmış siyasətçilərindən olan Məhərrəm İncə xəstəxanaya yerləşdirilib.
7times.az-ın xəbər verir ki, “Haber Global”ın məlumatına görə, “Məmləkət hərəkatı” başladaraq Cümhuriyyət Xalq Partiyasından ayrılan keçmiş millət vəkili bu yaxınlarda koronavirusa yoluxub.
Evdə karantinə alınaraq təcrid olunan İncənin vəziyyəti xəstəliklə əlaqədar ağırlaşıb və onun müalicəsinin xəstəxanada davam etdirilməsinə qərar verilib.
Follow @7timesaz