Gündəm

Mehriban xanım Əliyevanın fəaliyyəti humanizm meyarına söykənir – REPORTAJ

Mehriban xanım Əliyevanın fəaliyyəti humanizm meyarına söykənir – REPORTAJbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qardaş Türkiyə Cümhuriyyətində fevralın 6-da baş vermiş zəlzələlər nəticəsində minlərlə insan həyatını itirmiş, on minlərlə insan ağır xəsarət almışdır. Faciə qurbanlarının və yaralıların sayı anbaan artmaqdadır.  Türkiyə ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun dediyinə görə, Kahramanmaraş zəlzələsində ümumilikdə  13,5 milyon vətəndaş zərər görüb. 

Türkiyə üçün belə ağır dönəmdə xalqımız özünəxas həmrəylik, mərhəmət, xeyirxahlıq, sədaqət, humanizm kimi yüksək mənəvi dəyərləri bir daha nümayiş etdirdi, Azərbaycan və Türkiyə xalqlarının sarsılmaz dostluğu və qarşılıqlı sevgisinin möhkəmliyini və əbədiliyini isbat etdi. Zəlzələdən əziyyət görmüş Türkiyə dövlətinin və xalqının ilk gündən yanında olan dövlətimiz də bütün resurslarını səfərbər edib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə xilasetmə qrupları və tibbi personal bölgəyə yola düşüb, onlar yüksək peşəkarlıq və ən əsası Türk xalqına qardaş məhəbbəti ilə fəaliyyət göstərirlər. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında bölgəyə humanitar yardım təyyarələri yola salınmaqdadır. Heydər Əliyev Fondu Mehriban xanımın tapşırığı ilə təbii fəlakətdən zərər çəkmiş insanlar üçün zəruri olan qızdırıcısı çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar göndərir.

Deputat Cavid Osmanov 7Times.az-a açıqlamasında bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəhşətli zəlzələ nəticəsində baş vermiş dağıntıların aradan qaldırılması üçün verdiyi tapşırıqlar, Azərbaycan xalqının milli birlik və həmrəylik nümayiş etdirməsi Türkiyə xalqının, bütün türk dünyasının yaşadığı bu faciəyə olan yanğnın təzahürüdür.

Göstərilən yardımlar, dövlətimizin və xalqımızın nümunəvi davranışları bir daha onu göstərir ki, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri, qarşılıqlı sevginin sarsılmazlığı, möhkəmliyi əbədidir.

7Times.az