Maqazin

Mehriban Zəki və Dilarə Əliyeva başqa xəstəxanaya təxliyə edildi

Mehriban Zəki və Dilarə Əliyeva başqa xəstəxanaya təxliyə edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Qəza zamanı avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, Əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

TƏBİB-dən Axşam.az-ın sorğusuna cavab olaraq bildirilib ki, M.Zəki və D.Əliyeva Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasından təxliyə olunublar.

“Yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən xalq artisti Mehriban Zəki və əməkdar artist Dilarə Əliyevaya müvafiq müayinələr təyin olunub, zəruri tibbi xidmətlər göstərilib. Onların vəziyyətləri qiymətləndirildikdən sonra özlərinin və ailələrinin yazılı iltizamnaməsi əsasında reanimobil təcili və təxirəsalınmaz tibbi yardım avtomobilinin müşayiəti ilə Bakıda yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunublar” deyə, məlumatda bildirilib.