Hərbi

Məhv edilən erməni hərbçilərin adları AÇIQLANDI

Məhv edilən erməni hərbçilərin adları AÇIQLANDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq təxribata cəhd edən və Azərbaycan Ordusu tərəfindən məhv edilən 4 erməni hərbçinin adlarını açıqlayıb.

7Times.az bu barədə “news.am”a istinadən xəbər verir.

Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni hərbçilərinin adları aşağıdakılardır:

Eduard Arutyunyan (1974-cü il təvəllüdlü)

Qaqik Manukyan (1982-ci il təvəllüdlü)

Arsen Ambardzumyan (1979-cu il təvəllüdlü)

Qraçya Ovannisyan (1957-ci il təvəllüdlü)

Qeyd edək ki, bu gün Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib.

Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.