Dünya

Meksikada naməlum şəxslər 16 nəfəri qətlə yetirib

Meksikada naməlum şəxslər 16 nəfəri qətlə yetiribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın mərkəzindəki Zakatekas ştatında qanlı olay baş verib. “Report” xəbər verir ki, bu barədə bölgə prokurorluğu tviterdə bildirib.

Məlumata görə, naməlum şəxslər 16 nəfəri qətlə yetiriblər.

Prokurorluq hadisənin başvermə şəraitini araşdırır. Qətliamın mümkün motivləri barədə məlumat verilmir.

Qeyd edək ki, Zakatekasda Sinaloa və Xalisko narkotik kartelləri arasında münaqişə bir neçə ildir ki, davam edir. 2019-cu ildə cinayətkarların əli ilə 700-dən çox insan həlak olub. 2021-ci ildə qurbanların sayı 1,6 mini ötüb.

Hökumət orqanlarının məlumatına görə, qətllərin 90%-dən çoxuna görə məsuliyyət mütəşəkkil cinayətkar birliklərin üzərinə düşür.