ABŞ-ın Kentukki ştatındakı məktəbdə qalmaqallı hadisə baş verib.
7times.az xəbər verir ki, yeni tədris ilinin başlanması münasibətilə təşkil edilən tədbirdə, şagirdlər məktəbin direktoru, bələdiyyə sədri və müəllimlər üçün “qucaq” rəqsi nümayiş etdirib.
Görüntülər sosial mediada yayılandan sonra araşdırmalar başlayıb. Valideynlər də məsələyə etiraz edib. Yerli məktəblərin rəhbəri hadisəni “rəzalət” adlandırıb.
O, bununla bağlı lazım olan cəzaların tətbiq ediləcəyini ifadə edib.//Metbuat.az
Follow @7timesaz