Xalq artisti Mələkxanım Eyubovaya ağır itki üz verib.
7Times.az xəbər verir ki, sənətçinin xanəndə qardaşı Əliyaqub vəfat edib. Bu barədə Mələkxanım özü məlumat verib:
“Böyük kədər hissi ilə bildirirəm ki, bugün mən ata əvəzi, böyük qardaşım, elimizin-obamızın tanınmış xanəndəsi Əliyaqub qardaşımı itirdim. Allah rəhmət etsin! Torpağı nurla dolsun!”
Xatırladaq ki, Əliyaqub bəy müğənni Ramal İsrafilovun atasıdır.
Follow @7timesaz