Maqazin

“Mələkxanım, sən o uşağı niyə “sındırırsan?”

“Mələkxanım, sən o uşağı niyə “sındırırsan?”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Artıq uzun illərdir ki, bir ənənəyə çevrilib – Azərbaycanda klassik musiqimiz olan muğama belə çox hörmət, diqqət yetirilir. Hətta ilk Muğam Müsabiqəsində mən böyük bir məqalə də yazmışdım və təqdir edirəm, dəstəkləyirəm, eşq olsun Mehriban xanıma, təşkilatçılara, Mədəniyyət Nazirliyinə və Azərbaycan Televiziyasına. Bunlar öz yerində. Muğam Müsabiqəsinə dünyanın hər yerində baxırlar və o cümlədən də Azərbaycanda və bir şeyi mütləq diqqətə çatdırmalıyam”.

7Times.az  xəbər verir ki, bunu moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət Səkkizinci Televiziya Muğam Müsabiqəsi haqqında danışarkən deyib. Yazıçı müsabiqədə münsif olan Xalq artisti Mələkxanım Əyyubovaya da iradlarını bildirib:

“Bilirsiniz, adam böyük şəxsiyyət ola bilər, amma ola bilər ki, ondan yaxşı münsif olmasın. Bu, bəşəriyyətin həyatının bütün sahələrində artıq çoxdan sübut olunub. Məsələn, Maradona kimi dünya şöhrətli futbolçu məşqçi ola bilmədi. Münsiflər, xüsusilə indiki Muğam Müsabiqəsində çox fərqlidir. Burda onların təxminən yarısı azyaşlılardır və azyaşlılarla nisbətən yuxarıyaşlılar yarışırlar. Münsiflərin içində sənətini çox sevdiyim, bəyəndiyim Mələkxanım Əyyubovaya bir söz demək istəyirəm. Demək istəyirəm ki, hörmətli Mələkxanım Əyyubova, siz anasınız və özünüz də nə gənc, nə də yeniyetmə deyilsiniz. Müəyyən həyat təcrübəsi görmüş bir insansınız. Siz uşaqla öz dilində danışmağı çalışın ki, bir az bacarasınız. Dünən müsabiqədə son 50-60 ildə bizim muğam ustadlarının oxumadığı “Ovşarı” muğamı oxundu və bunu da gənc balamız Sabir Ağayev oxudu. Bu böyük bir riskdir. Bu Şuşanın qayalıqlarına dırmaşan əsgərlərimiz qədər hünərdir. Mən bunu bir qarabağlı, muğamın bilicisi kimi deyirəm. Mələkxanım, xahiş edirəm, uşağı “sındırmaq” olmaz. Bu muğam yarışmasıdır, deklamasiya, şeir yarışması deyil. Onu elə yumşaq demək olar ki, o uşağın necə ki, “Ovşarı” muğamını yumşaq oxuduğu kimi. Sən onu niyə “sındırırsan?” Uşaqla ehtiyatlı ol, uşaq Allahın çox istədiyi, sevdiyi bəndəsidir. Ən azı ona görə ki, Allahın ən çox sevdiyi bir məxluq olan uşağa qarşı ehtiyatlı, diqqətli ol, Mələkxanım Əyyubova!