Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yayılan videoya etiraz edib.
7times Axşam.az-a istinadən xəbər verir ki, aktrisa “7 Canlı” proqramında dediyi şeirin montaj edilərək, başqa səs salındığını bildirib.
Bu isə Əsədovanı özündən çıxarıb. Açıqlama yayan aktrisa “Videoda “yox” sözündən sonra bəzi şərəfsizlər əzizlərinin səslərini video ilə montaj edib. Bu, həm mənə, həm də Bəxtiyar Vahabzadəyə hörmətsizlikdir. Bununla bağlı tədbir görüləcək. Mənə maraqlıdır, bu videonun montaj olduğunu bilə-bilə niyə bəzi səhifələr də bu tərbiyəsizliyi paylaşaraq həmin şərəfsizlərə dəstək olurlar?” sözlərini söyləyib.
Qeyd edək ki, M.Əsədova görüntüdə Bəxtiyar Vahabzadənin “Kimdir mənim düşmənim?” şeirini səsləndirib.
Follow @7timesaz