Müğənni Mina evliliyindən danışıb.
7Times.az xəbər verir ki, “ARB” telekanalında yayımlanan “Elgizlə izlə” verlişinə qonaq olan müğənni Mina Hüseyn keçmiş həyat yoldaşından boşanmasının səbəblərindən danışıb.
Müğənni bildirib ki, boşanmasının səbəbi tək maddiyat deyil, çox problemlər var idi:
“Anlaşa bilmədiyimiz üçün ayrılmağa qərar verdik. Bir ilə yaxın idi ki, tanış idik. 2 yaş məndən balaca idi. Öz istəyimizlə ailə qurduq. Yola gedə bilmədiyimiz üçün boşandıq.
Həyat yoldaşı seçirsənsə, ona mənim bahalı evim, maşınım var kimi yalanlar danışmamalısan. Mənə sən sənətini at, 1 manatsız qal, mən sənə baxacam kimi vədlər verildi. 8 ay ərzində bunları yaşamışam. Sonradan bilmişəm ki, dedikləri hamısı yalandı, onun hiç bir işi yoxdur. Mənə dedi ki, mənimlə evlənməyin üçün sənə bu yalanları danışmışam. Özümü varlı göstərmişəm. Belə evliliyi davam etdirmək ağılsızlıq olardı. Zamanında desəydi kasıbam qəbul edəcəkdim. Hər şeyin, sənətimin üstündən belə xətt çəkdim ki, ailəm olsun. Sonu da belə oldu”, – deyə müğənni qeyd edib.
Ətraflı videoda: