“Mənim dövlətimlə, mənim belarus xalqımla işiniz olmasın!..”
Ukrayna hərbçiləri Belarusa raket zərbəsi endirib?..
Kim kimi təxribata çəkir?
Belarus prezidenti Aleksandr Lukaşenko elan edib ki, bir neçə gün öncə Ukrayna qoşunları Belarus ərazisində hərbi obyektlərə zərbə endirib.
Moderator.az xəbər verir ki, bu barədə o, Belarusun Müstəqillik Gününə həsr edilən təntənəli iclasda çıxışında məlumat verib.
“Bizi təxribata çəkirlər. Sizə məruzə etməliyəm: üç gün öncə, bir az çox da ola bilər, Ukrayna ərazisindən Belarus ərazisindəki hərbi obyektlərə zərbə endirməyə cəhd edilib, – Lukaşenko deyib. – Lakin, Allaha şükürlər olsun ki, “Pansir” hava hücumundan müdafiə kompleksləri ilə Ukrayna Silahlı Qüvvələrinin buraxdığı bütün raketləri ələ keçirmək mümkün olub.
Bu, nə deməkdir? Mən sizə and içərək deyirəm: Ukrayna ərazisində bir nəfər də olsun Belarus əsgəri döyüşmür”.
Belarus lideri elan edib ki, biz bir halda- düşmən Belarus torpağına müdaxilə edəcəyi təqdirdə döyüşəcəyik.
“Lukaşenkonun orada döyüşüb-döyüşməyəcəyindən narahat olanlara demək istəyirən: bura baxın, bir daha təkrar edirəm, biz yalnız bir halda – bizim torpağımızın sonuncu metrini keçəcəyiniz və bizim torpağımıza müdaxilə edəcəyiniz təqdirdə döyüşəcəyik. Əgər bizim insanları qətlə yetirsəniz, biz cavab verəcəyik. Ona görə də prezident kimi deyirəm: əgər özünüzü qorumaq hissiniz qalıbsa, mənim dövlətimlə işiniz olmasın. Mənim belorus xalqımla işiniz olmasın”, – Alekdandr Lukaşenko deyib.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə haqq qazandıraraq, Belarus prezidenti vaxtilə ciddi surətdə iddia edib ki, bu hərbi müdaxilə olmasaydı, ukraynalılar altı saatdan sonra “dörd mövqedən” Belarusa hücum edəcəkdi.
Bu bəyanat internetdə çoxsaylı zarafatlara səbəb olub.
Follow @7timesaz