İdman

“Mən bunun əleyhinəyəm, “Neftçi”yə canla-başla xidmət etməyə hazıram”

“Mən bunun əleyhinəyəm, “Neftçi”yə canla-başla xidmət etməyə hazıram”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Azərbaycan futbo ictimaiyyətində geniş müzakirə mövzusu olan məsələlərdən biri də “Neftçi”də baş verəcək dəyişikliklərdir. Bu məsələyə “ağ-qaralar”ın veteran futbolçuları da münasibət bildiriblər. Bunlardan biri də “Neftçi”nin sabiq kapitanı, unudulmaz futbolçularından Mahir Şükürovdur. Belə ki, mediada yazılır ki, millimizin veteran futbolçusu “ağ-qaralar”ın yeni baş məşqçisi rumıniyalı Adrian Mutuya köməkçi gələcək. Bununla bağlı Mahir Şükürov “Sportinfo.az” saytının suallarını cavablandırıb.
Bizimlə söhbəti zamanı Mahir rumıniyalı Mutunun təyinatını çox müsbət qarşıladığını deyib: “Bir çoxları deyir ki, Adrian təcrübəsizdir, baş məşqçi kimi uğurları yoxdur. Bu düzgün yanaşma deyil. “Neftçi”mizə baş məşqçi təyin olunduğu gündən etibarən mediada rumıniyalının jestlərinə çox diqqət yetirirəm. O da çalışır ki, məşqçilik karyerası “Neftçi” ilə bərabər yüksəlişə keçsin. Mən Mahir Şükürov birmənalı şəkildə Mutu ilə bağlı neqativ yönümlü müzakirələrin əleyhinəyəm. Rumıniyalı çalışdırıcıya çox inanıram. SOCAR rəhbərliyinin bu düzgün seleksiyasını alqışlayıram. Sevindirici haldır ki, artıq cənab Rövşən Nəcəf “Neftçi”mizin gələcək strategiyasını özü qurur, müəyyənləşdirir. “Neftçi”nin sabiq kapitanı kimi Rövşən müəllimə bu təyinatla bağlı təşəkkürümü bildirirəm”.

“Neftçi”nin sabiq üzvü hazırki prezident Kamran Quliyevin göndəriləcəyi xəbərlərinə də münasibət bildirib: “Xatırlayırsınızsa, illərdir Kamran Quliyevin “Neftçi”də prezidentliyə layiq olmadığını açıq şəkildə çəkinmədən bildirmişəm. Çox yaxşı ki, artıq deyilir ki, Kamran bəy bu postdan uzaqlaşdırılacaq. Rövşən Nəcəf geridə qalan müddət ərzində atdığı addımlarla nümayiş etdirdi ki, futbolu çox yaxşı bilir. Dərindən etdiyi analizlərlə, düzgün strategiya ilə “Neftçi”mizi layiq olduğu yerə daşıyacaq, İnşallah”.

Mahir son günlərdə adının “Neftçi”də baş məşqçinin köməkçisi vəzifəsində hallanmasına da münasibət bildirib: “Bu xəbəri sizin kimi mən də mediadan oxudum. Sosial şəbəkələrdə geniş dəstək mesajları gəldi. Hamıya təşəkkür edirəm. Bu şərəfli vəzifədə işləmək mənim üçün fəxr olar. “Neftçi”yə canla-başla xidmət etməyə hazıram. Fərq etmir hansı post olar. “Neftçi”nin sabiq kapitanı olaraq bundan fəxarət hissi duyaram”.