Maqazin

“Mən bütün oyunlara hazıram”

“Mən bütün oyunlara hazıram”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Aygün Kazımova sevənləri ilə birlikdə “Geri dönənlər” filmini izləyib. 

OLAY yazır ki, sənətçi ilə birlikdə kinoteatrda ekran işində rol alan Əməkdar artist Dilarə Əliyeva və aktyor Elcan Rəsulov da yer alıb. Müğənni filmi izlədikdən sonra təəssüratlarını media nümayəndələri ilə bölüşüb. Kazımova bildirib ki, D.Əliyeva obrazı ilə onu təəccübləndirib:

“Film haqqında eşitmişdim, dedim bayramqabağı gəlib izləyim. Hansı janrdadır, nədən bəhs edir xəbərsiz idim. Film mənim üçün sürpriz oldu. Dilarə Əliyeva hər zaman əyləncəli, məzəli, “vurub-dağıdan”dır. Amma filmin ilk kadrlarında Dilarəni gördüm, türklər demişkən “şaşırdım”. Dedim, Dilarə, bu nə məsələdir? Təbrik edirəm. Elcan, (filmdə homoseksual obrazını canlandırır) az qala biabır olacaqdın.

Bu cür filmlərimiz çox olsun. Sizin kimi istedadlı aktyor və aktrisalarımız filmlərdə çəkilsin. Bütün kollektivi təbrik edirəm”.

“Komandamız adından Divamıza təşəkkür edirik. Sizin gəlişiniz Azərbaycan filminə dəstəkdir” deyə, D.Əliyeva vurğulayıb.

A.Kazımova “Sizə filmdə olduğu kimi oyunda iştirak etmək təklifi gəlsə razılaşarsınız” sualına belə cavab verib:

“Mən bütün oyunlara hazıram və açığam. Gəlsə, təklif oynayaram (gülür). Amma “Geri dönənlər”də düşündürən səhnə bu gün yaşanan və baş verən problemə toxunulmuşdu. Narkotik istifadəçisi olan aktyorun səhnəsi mənə çox toxundu. Ən çox kədərləndirən səhnə isə etiraf edim ki, Elcanın səhnəsi və obrazı oldu. Elcan, bunu səndən gözləmirdik (gülür). Kimisə qınamaq və yol göstərmək düzgün deyil. İstəyirsənsə ətrafın gözəlləşsin, birinci özündən başla. İnsan özü dəyişəndə bütün ətraf dəyişir. Sevgidolu olaq, sevgi ilə qalaq, hər kəsə də sevgi bəxş edək”.