Dünya

“Mən dərhal hiss etdim ki, ona çox meylim var…”

“Mən dərhal hiss etdim ki, ona çox meylim var…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz bir neçə saat birlikdə olduq, sadəcə, əl-ələ verib adi cütlük kimi söhbət edirdik…”

Amerikanın Kaliforniya ştatından 31 yaşlı Britni Sammers həbsxanada cəza çəkən kişiyə vurulub.
Moderator.az xəbər verir ki, bu barədə “The Mirror” nəşri məlumat verib.
5 yaşlı körpənin anası insanlarla tanışlıq əlavəsini yükləyərkən həbsxanada cəza çəkən 35 yaşlı Maykl Ceymsonla tanış olub.
“O məqamda mən ağır vəziyyətdə olmuşam. Ərimdən boşanandan və uşaq dünyaya gətirəndən sonra mən özümü formaya salmaq istəyirdim. Məhz buna görə də mən Mayklı seçdim, o, idman cüssəli görünürdü. Mən bilirəm ki, bu, qəribə görünür, amma mən dərhal hiss etdim ki, ona çox meyl edirəm”, – Sammers deyir.
Müəyyən edilib ki, Ceymson hücum zamanı ağırlaşdırıcı halda dəstəyə görə 15 illik həbs cəzasının 14-cü ilini çəkir.
Kişinin olduğu həbsxana Sammersin yaşadığı yerdən 1, 6 min km aralıda yerləşir. Buna baxmayaraq, qadın məhbusla görüşə gəlib.
“Biz bir neçə saatı birlikdə olduq, sadəcə, əl-ələ tutub adi cütlük kimi söhbət etdik”, – o, belə deyib.
Sammersin sözlərinə görə, 5 yaşlı oğlu Ceymson haqqında bilir, onu çox sevir, amma hələ bir dəfə də onunla görüşməyib.
Qadın iddia edir ki, boyfrendinə etibar edir və öz uşağının təhlükəsizliyi üçün qorxu keçirmir.
Sammers sosial şəbəkələrdə cinayətkarla görüşmək qərarını elan edəndən sonra çoxsaylı tənqid atəşinə məruz qalıb.
“Mən belə neqativlə mənə və ya mənim fikrimə təsir etməyə imkan verməyəcəyəm. Mən bilirəm ki, Mayklla aramızda ciddi münasibət var və bizim heç birimiz heç bir yerə gedən deyilik”, – qadın əmin edib.