ABŞ dövlət katibinin köməkçisi Laçın dəhlizi ilə bağlı Azərbaycana təzyiq etdiyini etiraf edib.
7Times.az xəbər verir ki, bu barədə Amerikanın Səsi dövlət radiostansiyası məlumat yayıb.
“Bu gün mənim Vaşinqtona gəlmiş yüksək rütbəli azərbaycanlı məmurla bu məsələni birbaşa müzakirə etmək imkanım olacaq və mən yolun açılması üçün təzyiqləri davam etdirəcəyəm”, – Donfrid deyib.
Öz gözlərində tiri görməyən ABŞ rəsmisi Azərbaycanı tənqid edib. O, 907-ci düzəlişin ləğvini və Azərbaycana hərbi yardım göstərilməsini səhv adlandırıb.
Donfrid qeyd edib ki, administrasiya tərəflərin bir-birini anlaması üçün dialoqa təşviq etməyə çalışır.
“Biz yaxşı bilirik ki, bu fürsət pəncərəsi bağlana bilər. Ona görə də bu məsələdə aktuallıq hissi var. Düşünürəm ki, bugünkü vəziyyətin özəlliyi qismən regionda dinamikanı dəyişən Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlıdır.
Bu gün Moskva Ermənistanla Azərbaycan arasında münaqişədə əsas vasitəçi deyil. Çünki prosesdə başqa aktorlar və formatlar da iştirak edir”, – deyə o, fikrini yekunlaşdırıb.
KONKRET.az
Follow @7timesaz