“Sevgini 10 cümlə ilə təsvir etmək olmur”.
7Times.az xəbər verir ki, bunu aktrisa Sevinc Əliyeva “Tam vaxtıdır” verlişində deyib.
O, sevgi haqda danışarkən bunları deyib:
Follow @7timesaz
“Əziz insanlara olan sevgi var, övlada olan sevgi var, valideynlərə olan sevgi var. Mənim üçün sevginin ən böyük göstəricisi diqqətdir. Yəni mən o insanı çox istəyirəmsə, mən ona diqqət ayırıram, mən vaxtımı, zamanımı ilk o adamı düşünüb ayırmaq istəyirəm. Bu, fədakarlıq da deyil. Sadəcə, o insanla vaxt keçirmək istəyirəm, boş vaxtım olanda onun yanına gedirəm. İstədiyim, sevdiyim insan varsa, o boş vaxtı işdən sonra o insanla keçirtmək istəyirəm. Artıq sevginin göstəricisi də oradan irəli gəlir. Və sənin seçimin düzdürsə, hörmət də, güvən də, hamısı onun içində olacaq. O da ki, kimə qismət olur, kimə yox”.
(milli.az)