Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya hərbi tədarükləri koordinasiya edərək özünü diplomatdan daha çox Aİ-nin müdafiə naziri kimi hiss etdiyini deyib.
APA xəbər verir ki, Borrell bunu Florensiyada keçirilən ekspertlər konfransında bildirib.
“Mən özümü diplomatik xidmətin rəhbərindən daha çox Aİ-nin müdafiə naziri kimi hiss edirəm. Mən heç vaxt artilleriya mərmilərini sayacağımı düşünməzdim”, – Borrelll qeyd edib.
O vurğulayıb ki, münaqişə Ukraynanın kapitulyasiyası ilə başa çatmamalıdır. Əlavə edib ki, hazırda sülhdən danışmağın vaxtı deyil və Ukraynanın qələbəsi dəstəklənməlidir.
Follow @7timesaz