“Sosial şəbəkədə haqqımda xoşagəlməz ifadələr yazanlar vecimə deyillər. Səbəb isə odur ki, onların əksəriyyəti saxta səhifələrdəndirlər, yəni şəkili, adı olmayanlardır. Mən bu sənətə 24 il əvvəl gəlmişəm”.
OLAY yazır ki, bu sözləri “Tarixin bir günü” verilişində müğənni Roza Zərgərli deyib. O, ünvanına yazılan mənfi rəylərdən söz açıb:
“Bu sənətə gəlməyim üçün mənə heç bir kişi dəstək durmayıb, bir insan mənə pul verməyib. Mən özüm öz sənətimlə… Bəziləri kimi tapşırıqla, bədən quruluşu ilə, “day-day”, “əmi” və pul hesabına bu sənətə gəlməmişəm. Necə geyinirəmsə, bu, mənim şəxsi işimdir. Siz, sosial şəbəkələrdə haqqımda neqativ şərhlər yazanlar, məni açıq-saçıq görmək istəyirsiniz. Bəs, niyə bəyənmirsiniz? Bu günlərdə yeni mahnıma klip çəkdirdim. Klipdə başımı çalma ilə örtmüşəm, yazıblar ki, “həci xanım”dır. Çalma nə vaxtdan “həci xanım” əlaməti olub? Çalma – aksessuardır. Şlyapa taxmışam, yazıblar ki, “dama”san. Biraz oxuyun, mütaliə edin. Savadsız fikirləriniz və “plintus” səviyyəsində sözlərinizlə məni bezdirmisiniz”.