Gəncə şəhərində 1981-ci il təvəllüdlü Amil yetkinlik yaşına çatmayan qızı, 2010-cu il təvəllüdlü Bahara (adlar şərti verilib – red.) təcavüz edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Amil 2 avqust 2021-ci ildə, saat 11 radələrində yaşadıqları evin yataq otağında cinsi ehtirasını təmin etmək məqsədilə övladı Bahara təcavüz etmək qərarına gəlib.
Amil Baharı çarpayıda otuzdurub və özü isə ayaq üstə qarşısında dayanaraq, ona qarşı seksual xarakterli hərəkətlər edib.
İstintaq orqanı tərəfindən Amilin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Amil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, təxminən 15 ildir Gəncə şəhər MKTİB-də fəhlə işləyir: “2006-cı ildə Səmayə ilə evlənmişəm. Həmin nikahdan 2008-ci ildə Səma, 2010-cu ildə Bahar və 2013-cü ildə Rasim doğulub. Yaşadığım bina əvvəllər fəaliyyət göstərmiş gəbə zavodun işçilərinin qalması üçün nəzərdə tutulduğundan yaşadığımız mərtəbədəki hamam-tualet və mətbəx ümumi istifadə olub, mənzillər yaşamaq üçün hər biri bir otqadan ibarət olub. Arvadım və övladlarım ilə həmin bir otaqda yaşayıq. Bizdən yan otaqlarının yanındakı digər otaqda isə anam Sevil yaşayıb. Arvadım Səmayə, övladlarım Bahar və Rasim bir çarpayıda yatırlar. Böyük qızım Səma isə anam ilə birlikdə yaşayır. Günlük qrafikə uyğun olaraq adətən hər gün saat 03 radələrində işə gedib, saat 11 radələrində isə evə qayıtmışam. İşim şəhər ərazisində yerləşdirilmiş zibil qutularındakı zibillləri zibil yığan yük avtomobilinə boşaltmaqdan ibarət olub”.
Amil qeyd edib ki, ona elan olunmuş ittihamla razı deyil, onun ailəsi ilə heç bir problemi olmayıb. O, qızına qarşı heç bir cinsi təcavüz etmədiyini deyib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Baharın sözlərinə görə, 2021-ci il avqustun 1-də, axşam saat 11 radələrində atası, anası, qardaşı ilə birlikdə eyni çarpayıda yatdıqları zaman atası ona qarşı əxlaqsız hərəkətlər edib: “Atam mənə əxaqsız hərəkət edən zaman onun yanından kənara çəkildim. Səhəri gün yuxudan oyandıqda anamın həkimə getdiyini gördüm. Məni də özü ilə aparmasını istəsəm də, anam mənə qardaşım ilə qalmağımı bildirdi”.
Zərərçəkmiş qeyd edib ki, bundan sonra qardaşı ilə çarpayıda yatıblar: “Həmin vaxt atam artıq işə getmişdi. Bir qədər sonra qapının açılması səsini eşitdim. Atamın evə gəldiyini gördüm. Atam qardaşımı oyadaraq çörək almağa göndərdi. Otaqda atam ilə ikimiz qaldıq. Atam qapını kilidlədi və çarpayıya gələrək üzərimə uzandı, mənə sürtündü. Bu zaman ağlayaraq dərhal yerimdən qalxdım, çarpayıda oturdum. Atam mənim qarşıma gəldi, ayaq üstə dayanaraq mənə qarşı əxlaqsız hərəkətlər etməyə başladı. Bu vaxt səsimi çıxarmamaq üçün məni hədələdi. Yumruqla iki dəfə başımdan vurdu. Hər iki əli ilə yanağımdan sıxdı, mənə qarşı iyrənc hərəkətlər etdi”.
Zərərçəkmiş qeyd edib ki, atası ona bu barədə heç kəsə bir söz deməməsini, əgər deyərsə onu öldürəcəyini bildirib: “Atam iyrənc hərəkətlər edəndən sonra qapının kilidini açdı. Bu zaman qaçaraq dəhlizə çıxdım. Dəhlizə çıxdıqda məni bacım Səma gördü. Səma üstümün batdığını gördü, nə baş verdiyini soruşdu. Atamın mənə etdiklərini Səmaya dedim. Səma ilə otaqda olan bibim Ramidənin yanına getdik. Orada bibimə də atamın etdiklərini dedim. Bundan sonra bibim anama zəng etdi, məlumat verdi. Sonra polisə gedərək bu hadisə barədə məlumat verdik”.
Bahar bildirib ki, atası əvvəllər də ona qarşı belə hərəkətlər edib, belə hərəkətləri ona tez-tez edib.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Amil 13 il müddətinə azadlıqdan məhrum edilib.
Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.
Follow @7timesaz