“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti “Kral klubu”ndan ayrılacağı ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssisin dediyini “Marca” belə çatdırıb:
“Məni qovana qədər “Real”dan getmək fikrim yoxdur”.
Qeyd edək ki, İspaniya nəhəngi bu gecə klublararası dünya çempionatının finalında “Əl-Hilal”ı 5:3 hesabı ilə yenərək tarixində 5-ci dəfə sözügedən turnirin qalibi olub.
Follow @7timesaz