Dünya

“Məni sındırdılar,amma ərimlə münasibətimdə ehtiras hələ də davam edir.”

“Məni sındırdılar,amma ərimlə münasibətimdə ehtiras hələ də davam edir.”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Nataşa Koroleva həyat yoldaşı Sergey Qluşkonun xəyanətindən danışıb.

7Times.az Axşam.az-a istinadən  xəbər verir ki, Sergeyin eşq macəraları ilə bağlı söz-söhbətlərdə daim onun tərəfini tutan Nataşa ailə içi münasibətlərin daxildə həll edilməli olunduğuna inandığını bildirib:

“Həmişə özümü çox güclü, bütün həyat fırtınalarına davamlı bir insan hesab etmişəm. Ancaq məni sındırdılar. Ərimlə münasibətimdə ehtiras hələ də davam edir. Bəzən mübahisələr çox şiddətli olur, amma kənar adamların bu barədə bilməsinə ehtiyac yoxdur. Bir həyat yoldaşı olaraq onun üzünə vurmaq haqqım var. Bunlar bizim və yalnız bizim davamızdır”.

Qeyd edək ki, Nataşa və Sergey 18 ildir birlikdədir. Sergey bir müddət əvvəl ona xəyanət etmiş, bu isə mediada yayılmışdı.