Maqazin

“Mənim başqa həyatım yoxdur, yalnız belə yaşayıb, xoşbəxt ola bilirəm…”

“Mənim başqa həyatım yoxdur, yalnız belə yaşayıb, xoşbəxt ola bilirəm…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Plastik əməliyyatlara münasibətim çox normaldır. Bir qadına nə qədər də desən ki, “burnun çox gözəldir, heç nəyə ehtiyac yoxdur”, o bunu istədisə edəcək. Bu bir azadlıqdır. Hər bir kəs özünü necə rahat hiss edirsə, elə də edir. Bunun qarşısını almaq, kiməsə bunu “etmə” demək də düzgün deyil. Əgər plastik əməliyyat onu xoşbəxt edəcəksə niyə də etdirməsin?! İndi təbabətimiz o qədər inkişaf edib ki, o qədər gözəl və peşəkar həkimlərimiz var ki, istər-istəməz bütün qadınlar bundan yararlanmaq və gözəl görünüşə nail olmaq istəyirlər. Əgər bu əməliyyat onu yaxşı göstərəcəksə mən çox normal baxıram və hər kəsin seçiminə də hörmətlə yanaşıram”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Dilarə Əliyeva deyib. O, daha sonra “Türkiyədən aldığınız təklifə görə əməliyyat etdirəcəyinizi bildirmişdiniz. Bu haqda düşünürsünüz?” sualına isə belə cavab verib.
“Oktyabr ayında Türkiyə ilə film layihəm var. Buna görə 15 kiloqram arıqlamalıyam. Mən deməmişəm ki, plastik əməliyyatla arıqlayacam. Hətta mənə Nanə sual ünvanladı ki, estetik əməliyyat etdirərsiniz? Dedim ki, bəli göz qapaqlarında, göz altında bu əməliyyatı nəzərdə tutmuşam. Bədənimin heç bir nahiyəsində əməliyyat etdirməyi düşünmürəm. Çünki buna ehtiyyac yoxdur. Yeməyimə nəzarət etməklə çəki atıram, artıq az yeməklə 5 kilo çəki atmışam. Axşam saat 6-dan sonra yemirəm, az-az qidalanıram” deyə sənətçi bildirib.
Dilarə Əliyeva gördüyü işlərdən böyük zövq aldığını bildirib.
“Hər hansı verilişi hazırladığım, obrazı oynadığım zaman çəkdiyim əziyyət və yorğunluq mənim üçün yüz istirahətə dəyər. Mən enerjimi gördüyüm hər hansı bir işdən aldığım enerji ilə doldururam. Təbii ki, yoruluram, bəzən enerjim tükənir, amma mənim başqa həyatım yoxdur, yalnız belə yaşaya bilirəm, xoşbəxt ola bilirəm. Həyatımı, günümü belə doldura bilirəm. Bir dəqiqə boş vaxtım olan kimi ideyalarım fışqırır (gülür). Öz-özümə deyirəm ki, bəlkə bir dənə də belə veriliş edim, bəlkə bunu belə edim. Həqiqətən də həyatımı, bəxtimə düşən taleyimi doya-doya yaşamaq, maksimum yararlanmaq, gözəl işlər görmək istəyirəm” deyə aktrisa bildirib.