Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu “3 min manatlıq telefona ehtiyacım varsa, ya həyat yoldaşım onu mənə almalıdır, ya da boşanmalıyam” sözlərini deyən psixoloq Əfsanə Rüstəmova ilə bağlı paylaşım edib.
7Times.az xəbər verir ki, videoaçıqlama yayan musiqiçi telekanallara səslənib. O bildirib ki, aparıcılar reytinq xatirinə insanlarda pis fikirlər formalaşdırırlar:
“Televiziya insanların formalaşmasında bir vasitədir. Bütün verilişlər insanların tərbiyələnməsinə, vətənpərvərliyinə təsir edir, maarifləndirir, musiqilər zövq formalaşdırır. Zövqsüz müğənniləri çıxartdınız, musiqini yaman günə qoydunuz. İndi nə etmək istəyirsiniz? İnsanların ailəsini dağıtmaq istəyirsiniz? Biabırçılıqdır. Niyə onu verilişə çağırırsınız, ya da həmin sözləri kəsib atmırsınız.
Bu sözlər bəzi qadınların düşüncəsinə təsir edir. Sabah qadın imkansız ərindən telefon istəyəcək, ər ala bilməyəndə qadın boşanacaq. Sonra da deyirlər, boşanmaların sayı artır. İnsan xəyanətə görə boşanar. Buna görə adam boşanmaz. İnsanları maarifləndirin ki, yaxşı yaşasınlar. Bunu deyən psixoloqdur. Biz psixoloq dinləyirik ki, yaxşı düşünək. Televiziya proqramları, reytinq xatirinə işləyənlər, siz Azərbaycan cəmiyyətini yaman günə qoymaq niyyətindəsiniz. Nə var ki, reytinq cədvəlində bir az yüksək olasınız”.
Axşam.az
Follow @7timesaz