“Türkiyə təhlükəsiz deyil” böhtanına ilk olaraq iş dünyası reaksiya verməli idi.
7Times.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada Ticarət və Sənaye Palatasının mükafatlandırılma mərasimində deyib.
“Hesab edirəm ki, bu susqunluğun təhlükə dozasının artmasında payı var. Bu seçkilər bu məqamda da inqilab olacaq. İş dünyamızı təhdid, kapitala düşmənçilik edənlərə layiq olduqları cavabı seçkilərdə verəcəyik.
Ölkəmizin strateji sərmayələrini əngəlləmək arzusunda olanların xəyallarını qursağında qoyacağıq. Millətimizin gündəmindən tamamilə çıxartdığımız siyasi qeyri-sabitlik mühitinin yenidən dirçəlməsinə imkan verməyəcəyik. Hətta son bir-iki ayda baş verənlər də bu çürük strukturun xaos və böhrandan başqa heç nə vəd etmədiyinin sübutudur. Məqsədləri xalqa bir kövrək şəxsiyyəti prezident kimi qəbul etdirməkdir”, – Ərdoğan qeyd edib.
Follow @7timesaz