İdman

Mərakeş millisinin baş məşqçisi məğlubiyyətin səbəbi haqda: “Tez qərar verməli idim…”

Mərakeş millisinin baş məşqçisi məğlubiyyətin səbəbi haqda: “Tez qərar verməli idim…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qələbə qazanmaq üçün əlimizdən gələni etdik, ən vacibi budur. Zədələrimiz də çox idi. İlk hissəni məğlub durumda tamamladıqdan sonra tez qərar verməli idim. İkinci hissədə yaxşı oynamağa başladıq. Fransa kimi komanda ilə matçda edilən kiçik səhv ölümcül nəticələrə səbəb ola bilir. İkinci qolu buraxmağımız bizi “öldürdü”.

 

7Times.az  xəbər verir ki, bu sözləri Mərakeş millisinin baş məşqçisi Valid Reqraqi DÇ-2022-nin yarımfinalında Fransaya 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.O, üçüncülük uğrunda qarşılaşacaqları Xorvatiya ilə görüş haqda danışıb: “Dünya çempionatını 3-cü pillədə başa vurmaq niyə də olmasın? Burada olan azarkeşlərimiz hədiyyə vermək istəyirik”.(Qol.az)