“Meral Konratı özümə əsla düşmən görmürəm. Onun isə məni özünə düşmə görməsi ola bilər?! Amma Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Yaxşı olar ki, Meral xanım bu qardaşlıq münasibətinə bir az hörmət eləsin. Əlaqəsi də çoxdur, mən Azərbaycan Meral xanım isə Türkiyə vətəndaşıdır”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova “Elgizlə izlə” proqramında deyib. Sənətçi “Təhminə” filmi ilə məşhurlaşan türkiyəli aktrisa Meral Konratla aralarında yaranan qalmaqaldan danışıb:
“Meral Konrat nankor insandır. Məndən istifadə edən insanları sevmirəm. Heç zaman heç kimin haqqında nələrsə danışmıram. Özü burada olmayan insan haqda da danışmaq istəmirəm və heç mənə də yaraşmaz. Çünki o xanım yaşca məndən böyükdür. Azərbaycan xalqı çox qonaqpərvərdir. Mən də bir azərbaycanlı kimi ona öz qonaqpərvərliyimizi dəfələrlə göstərdim. Tək ona deyil, həmçinin yanında çalışan köməkçisinə.
Bu haqda isə heç zaman heç yerdə danışmamışam. Meral xanımla tanışlığım çox illər bundan əvvəl olub. “Təhminə” filmindən 15 il sonra yəni 2006-ci illərdə… O zamanlar mən Türkiyədə idim. Elə oldu ki, məni iftar süfrəsinə bir məkana dəvət etdilər. Orada isə məşhurlar vardı. Meral xanım da həmin məclisdə idi. Onlar bildilər ki, Azərbaycandan gəlmişəm. Onlarda mənə qarşı maraq oyandı. Amma Meral Konratı tanımamışdım. Çünki estetik əməliyyatlarla tanınmaz halda idi. Estetik etdirdiyini boynundan atsa da… Bu xanım bildi ki, mən Azərbaycandan gəlmişəm və başladı ölkəmiz haqda danışmağa. Söylədi ki, film çəkilən illərdə Azərbaycanda olanda qaldığı otel bərbad idi, royalı açmışdı içindən böcək çıxmışdı, çörək almaq üçün növbə gözləyirdilər kimi şeylər danışdı. Mən də bir azərbaycanlı olaraq dedim ki, Meral xanım düz danışmır. Ondan sonra öz nömrəmi də verdim Meral xanıma ki, nə zaman istəsəniz gəlin Bakıya mənimlə də əlaqə saxlayın. Elə oldu ki, Meral xanım bayramlarda zəng vurub “Günel, sənin üçün çox darıxmışam” deyib, Bakıya gəlirdi. Mən də onun qulluğunda dururdum. Amma təbii ki, insan elədiyi yaxşı şeyləri deməz”.
Follow @7timesaz