Almaniya kansleri Angela Merkel feminist olduğunu etiraf edib.
7Times.az xarici mediaya istinadən xəbər verir ki, Merkel 2017-ci ildə “İyirmiliy”in sammitində özünü belə bir statusla bəzəmək fikrində olduğunu bildirməsə də, illər keçdikcə fikrini dəyişib.
“Bu gün tam əminliklə təsdiq edə bilərəm ki, mən feministəm. Onda (2017-ci il sammiti) bunu açıq bildirməkdən bir qədər utandım. Bu gün isə düşündükdən sonra deyə bilərəm: hamı feminist olmalıdır”, – deyə Merkel bildirib.
Onun sözlərinə görə, söhbət ictimai həyatda qadın və kişi bərabərliyindən gedərsə, o özünü əminliklə feminist adlandıra bilər.
Follow @7timesaz