Almaniya Kansleri Angela Merkel avqustun 20-si Moskvaya səfər edəcək.
7Times.az xəbər verir ki, bu barədə məlumatı Berlində keçirilən brifinq zamanı Almaniyanın Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert açıqlayıb.
Məlumata əsasən, səfərin detalları gələn həftənin əvvəli elan olunacaq. O, Merkel və Rusiya Prezidenti Vladimir Putin arasında görüşün baş tutma ehtimalının olduğunu da qeyd edib.
Zaybert, həmçinin Merkelin avqustun 22-si Kiyevə səfər edəcəyini də təsdiqləyib.