Maqazin

Məryəm Üzərli peyvənd olunmaq üçün TÜRKİYƏYƏ GEDİR

Məryəm Üzərli peyvənd olunmaq üçün TÜRKİYƏYƏ GEDİRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur aktrisa Məryəm Üzərli koronavirusa qarşı peyvənd olunmaq üçün Almaniyadan Türkiyəyə gedəcək.

7times.az xəbər verir ki, 37 yaşlı aktrisa Almaniyada vaksinasiya prosesinin ləng getməsindən şikayətçidir. Avropada pandemiya başladığı gündən etibarən Almaniyada yaşayan Məryəm Üzərli, ən qısa zamanda peyvənd olunmaq istəyir. Bu səbəbdən də, gözəl ulduz yaxın günlərdə Türkiyəyə gedərək, bir an öncə vaksinasiyada iştirak etməyə qərar verib.

Qeyd edək ki, Məryəm Üzərli reytinq rekordlarını alt-üst edən “Muhteşem Yüzyıl” serialındakı “Hürrem Sultan” obrazı ilə bütün dünyada məşhurlaşıb.

Elmir Kərimli