Amerikalı aktyor Kevin Kostner boşanır.
Axşam.az xəbər verir ki, aktyorun həyat yoldaşı Kristin Baumqartner boşanmaq üçün məhkəməyə müraciət edib. Ərizədə tərəflərin fikir ayrılığı səbəbindən boşanmaq istədiyi yazılıb. Bundan başqa, Kristin üç övladına görə birgə qəyyumluq verilməsini istəyib.
Qeyd edək ki, Kostner və Baumqartner 18 ildir evlidirlər. Bu, aktyorun ikinci evliliyi olub. O, 1978-1994-cü illərdə Kristin ilə nikahda olub və bu evlilikdən də üç övladı var. Kostnerin 1996-cı ildə Bridzhit Runidən dünyaya gələn daha bir oğlu var.
Kostner son olaraq 2003-cü ildə “Açıq məkan” filmində rol alıb. Onun “Canavarlarla rəqs” filmi “Ən yaxşı film” nominasiyası da daxil olmaqla 7 Oskar qazanıb. Film Amerika Kinoakademiyasının “Qızıl şedevrlər” siyahısına alınıb. O, 19 ildən sonra ilk dəfə “Horizon” adlı vesterni (Amerikanın həyatını əks etdirən janr) ekranlaşdırmaq üçün rejissor kürsüsündə əyləşəcək.
Follow @7timesaz