Məşhur Hollivud aktyoru Mel Gibsonun həbs olunduğu iddia olunub.
7Times.az xəbər verir ki, filmləri ilə dünyada tanınan məşhur aktyor Mel Gibson bir çox ekran işində sosioloji mövzulara toxunur. İyulun 4-də ekranlara çıxacaq “Azadlıq səsi” filmi 67 yaşlı aktyorun başına dərd açıb. Buna səbəb onun filmdə müharibə və uşaq alveri mövzusuna yer verməsi olub.
“Azadlıq səsi” filmində Ukraynadakı müharibəni və uşaq alverini canlandıran Mel Gibson ötən günlərdə sosial şəbəkədə mövzu ilə bağlı video çəkdirərək açıqlamalar verib. Gibson çıxışında bildirib ki, insan alveri hələ də dünyanın ən ciddi problemlərindən biri olara qalır.
“Xüsusilə uşaq alveri. Gələcəyimiz uşaqlarımızdır. İndi bu cinayəti aradan qaldırmaq üçün ilk addım maarifləndirmədir. Gedin “Azadlıq Səsi”nə baxın”, – aktyor bildirib.
Qeyd edək ki, ekran işinin premyası iyulun 4-də baş tutacaq.(Publika.az)