Almaniyanın məşhur veteran futbolçusu Ditmar Haman Kriştiano Ronaldo ilə bağlı maraqlı açıqlamalar verib.
7Times.az xəbər verir ki, “Metro”ya danışan 48 yaşlı mütəxəssis hazırda “Mançester Yunayted”in formasını geyinən portuqaliyalı ulduzdan qorxan futbolçuların olduğunu deyib.
“Liverpul”, “Mançester Siti”, “Nyukasl” kimi Premyer Liqa klublarının formasını geyinmiş Haman “Mançester Yunayted”in soyunub-geyinmə otağında iğtişaşlar olduğunu iddia edib:
Follow @7timesaz
“Mançester Yunayted”də Ronaldo ilə bağlı suallar var. Bəzi oyunçuların ondan qorxması ilə bağlı narahatlıqlar mövcuddur. Klubun bir şəxsiyyətə sahib olduğunu düşünmürəm. Bu, oyunçuların kluba qoşulmasını çətinləşdirir. Hazırda vəziyyət belədir”.
Mövsümün əvvəlində “Mançester Yunayted”ə transfer olunan Kriştiano Ronaldo indiyədək komandası ilə 26 oyun keçirib, 14 qola və 3 məhsuldar ötürməyə imza atıb. İngiltərə Kuboku və Liqa Kuboku ilə vidalaşan “Mançester Yunayted” 23 oyundan sonra 39 xalla Premyer Liqada 6-cı pillədə qərarlaşıb”.
(Qaynarinfo)