Dünya

Məşhur aparıcı sevgilisinin gözü qarşısında özünü binadan atdı – ANBAAN VİDEO

Məşhur aparıcı sevgilisinin gözü qarşısında özünü binadan atdı – ANBAAN VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul Avcılarda 4-cü mərtəbədən yıxılan 29 yaşlı Kübra Ecenin ölümü ilə bağlı yeni görüntülər ortaya çıxıb.

“Ölkə.Az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, kadrlarda gənc qızın eyvana qaçaraq gəldiyi və qəfil özünü balkondan atması görünür.

Əldə edilən məlumata görə Kübra Ecə yanvarın 29-da axşam saatlarında dostunun ad günü mərasiminə qatılmaq üçün Əsənyurtdakı kafeyə gəlib.

Gecə saatlarında kafedən çıxaraq keçmiş sevgilisi Mehmet Əmrə Ş.-nin evinə gedib və bir müddət sonra 4-cü mərtəbədən özünü ataraq dünyasını dəyişib.

Kadrlarda bir nəfərin gənc qızın arxasınca qaçaraq onu tutmağa çalışdığı da görünür.