Maqazin

Məşhur cütlük buna görə evlənmir – 40 ildir sevgilidirlər

Məşhur cütlük buna görə evlənmir – 40 ildir sevgilidirlərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur aktrisa Qoldi Houn son açıqlaması ilə diqqət çəkib.

7Times.az xəbər verir ki, aktrisa 40 ildir sevgili olduğu aktyor Kurt Rassellə niyə münasibətlərini rəmiləşdirmədikləri ilə bağlı sualı cavablayıb. Onun sözlərinə görə, hər ikisi keçmişdə uğursuz evliliklər yaşadıqlarına və boşanma ilə bağlı bütün çətinliklərlə yenidən qarşılaşmaq istəmədiklərinə görə bu addımı atmırlar:

“Evlilikdə problem yarandıqda getdikcə böyüyür. Çox çirkin bir hal alır. Münasibəti davam etdirmək çətindir. Həmişə hər şey asan olmur. Buna görə də azad düşüncə ilə azad qalmaq önəmlidir”.

Qeyd edək ki, Houn daha əvvəl aktyor, rejissor Qus Trikonis və musiqiçi Bill Hudsonla ailəli olub. Rassel isə aktrisa Sizon Xablidən boşanıb.

Houn və Rasselin 37 yaşlı Uayt adlı bir oğulları var. Ümumilikdə Hounun 3, Rasselin isə 2 övladı var.