Tanınmış fotoqraf Parisin mərkəzində küçədə donaraq ölüb. Səkkiz saat ərzində yoldan keçənlərdən heç biri ona kömək etməyib.
7Times.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Hadisə yanvarın 19-da 84 yaşlı Rene Robert Rue Turbigot küçəsindəki evindən çıxarkən baş verib. Gəzərkən yıxılıb və huşunu itirib.
Yoldan keçən çoxlu sayda adamın heç biri qocaya kömək etməyib. Yalnız çərşənbə günü səhər saat 6:30-da Parisli evsizlərdən biri tərəfindən çağırılan təcili xidmətlər hadisə yerinə gəliblər.
Fotoqraf ağır hipotermiya vəziyyətində və kəllə-beyin travması ilə xəstəxanaya aparılıb.
Musiqiçi və jurnalist Mişel Monponte “France Info” radiosunun efirində dostunun faciəli taleyindən danışıb.
Rene Robert flamenko rəqsi sahəsindəki foto işinə görə beynəlxalq şöhrət qazanıb.
Follow @7timesaz