Maqazin

Məşhur müğənnidən qalmaqallı açıqlama: “Xəyanət etdiyini mənə hiss etdirmirsə, qoy etsin”

Məşhur müğənnidən qalmaqallı açıqlama: “Xəyanət etdiyini mənə hiss etdirmirsə, qoy etsin”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur türkiyəli müğənni Safiye Soymanın son açıqlamaları səs-küy yaradıb.

Sfera.az bildirir ki, o, müğənni İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı Derya Tunanın “Şorgözlük məsələsində kişilərin günahı yoxdur. Mən belə gözəl qadın görəndə dönüb ona baxıram”, fikirlərinə reaksiya verib.

Soyman keçmiş modelə haqq qazandırıb: “Bizə də dönüb baxanlar olub. Baxış çox önəmlidir, göz baxışı. Təbii ki, hər şey qadınlarda bitir”.

Soyman, həmçinin qadınlara kişilərin telefonlarına baxmamağı tövsiyə edib:

“Əgər həyat yoldaşınızla yola getmək istəyirsinizsə, sevirsinizsə onu, telefonları çox qarışdırmayıb. Yox əgər xəyanət etdiyini sizə hiss etdirirsə, gözünüzə-gözünüzə soxursa, o zaman “yallah” deyin”. Həyat yoldaşım şorgözlük edirsə, mənim xəbərim yoxdursa, edirsə etsin. Amma mənə hiss etdirməsin. Mənə hörmət etsin. Hər kişi edir, bunu edən qadınlar da çoxdur. İstisnalar həmişə var. Lakin hər kişi edir desək də, həyat yoldaşlarına heyran olanlar istisnadır”.

İfaçı həyat yoldaşı Faik Öztürkün ona xəyanət etmə ehtimalından da danışıb: “Mənim Faikim etməz. Ötən günlərdə belə bir xəbər çıxmışdı, o hamının Faik qardaşıdır”.