Maqazin

Məşhur müğənninin arvadı saxta sənədlə ərindən GİZLİN EVLƏNDİ

Məşhur müğənninin arvadı saxta sənədlə ərindən GİZLİN EVLƏNDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə qadın saxta sənədlə iki kişi ilə evlənib.

7times.az xarici mediaya istinadən xəbər verir ki, bu hadisə türkiyəli məşhur türkücü Berdan Mardinin başına gəlib.

Belə ki, həyat yoldaşı Fatoş Yellilerlə boşandıqdan sonra əri onun parik taxaraq fərqli görkəmdə başqaları ilə də görüşdüyünü bilib.

Müğənni bildirib ki, boşandıqdan sonra evdə ikinci nikah şəhadətnaməsini və intihara cəhd etməsi ilə bağlı görüntüləri tapıb. Sən demə, keçmiş arvadı onu bir neçə dəfə aldadaraq oteldə ayrı-ayrı şəxslərlə görüşə gedirmiş. Bundan başqa qadının ”instagram”da başqa adla hesabı da üzə çıxıb.

Fatoş Yerliler bu ittihamlara cavab olaraq bildirib ki, fikirlərimiz və namus anlayışımız fərqli ola bilər.

Qeyd edək ki, onların iki uşağı var. Uşaqların kimdə qalacağına məhkəmə tərəfindən qərar veriləcək./lent.az