Müğənni Ferdi Tayfur və Necla Nazır qızları Tüğçe Tayfur keçmiş nişanlısı Burak Kalfanın psixoloji şiddət və təhdidlərinə məruz qalıb.
7Times.az xəbər verir ki, bu barədə məşhurun qızı sosial mediada məlumat yayıb. Şəxsi həyatı barədə şok açıqlamalar verən Tüğçe bildirib ki, keçmiş nişanlısı onu intim video görüntüləri ilə təhdid edib.
“Mən artıq gəmiləri yandırdım. Səni ədalətə təslim edirəm, Uzaqlaşdırma qərarı olmasına rəğmən durmursan, amma səni əlbəttə prokurorluq yaxalayacaq və haqq etdiyin cəzanı alacaqsan. Məni sahibsiz sandın, amma deyiləm, Burak əfəndi. Arxamda məni sevən xeyli insan var və onların mənəvi dəstəyi ilə bu hüquq savaşına girirəm.
Artıq 6 ay ərzində etdiyin psixoloji zorakılığa, söyüşlərə, təhdidlərə, şantajlara səssiz qalmayacağam. Sənin necə biri olduğunu bilib getmək istəyəndə məni evə bağlayıb, yumruq vurub “Harada istəsəm, çıxış edəcəksən” dediyin günlər üçün, siyasətə girmək üçün adımdan istifadə etdiyin günlər üçün, ata-anamı məni incitməklə hədələdiyin üçün mən gəmiləri yandırdım!
Əlimdə videoların var, deyib, məni yanında zorla saxladın, amma Allah indi o qədər böyükdür ki, heç kimdən qorxmuram!!! Bilirəm ki, mənimlə bərabər bir neçə başqa qadına da zərər vermisən və əminəm ki, onlar da susmayacaqlar! Başına gələcək hər şeydən sən cavabdehsən, Burak Kalfa!”, – Tüğçe sosial mediada yazıb.
Qeyd edək ki, Ferdi Tayfur və Necla Nazırın qızları Tuğçe Tayfur sevgilisi Burak Kalfa ilə ötən ilin sentyabrında nişanlanıb. Nişandan 16 gün sonra cütlük ayrılsa da, yenidən barışmış və sonra ayrılmağa qərar vermişdi. (publika)