Dünya

Məşhur pornosaytda TEXNİKİ XƏTA: 1,2 milyon insanın şəxsi məlumatları YAYILDI

Məşhur pornosaytda TEXNİKİ XƏTA: 1,2 milyon insanın şəxsi məlumatları YAYILDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın məşhur pornoqrafik saytlarından olan “luscious”un texniki heyəti kibertəhlükəsizlik baxımından böyük səhvə yol verib.

7times.az xarici KİV-ə istinadən xəbər verir ki, yaranmış texniki xəta 1,2 milyon istifadəçinin, o cümlədən 40 min fransızın şəxsi məlumatlarının aşkar edilərək sosial şəbəkələrdə yayılmasına səbəb olub.

Məlumata görə, istifadəçilərin adları, e-mail poçt şifrələri, yaşadığı ünvanlar açıq-aydın üzə çıxıb.

Səhvi aşkar edən “vpnMentor” şirkətinin ixtisaslaşmış tədqiqatçıları “.fr” domeni ilə bitən 13 min elektron ünvanı müəyyən edib.Hətta bəzi istifadəçilərin iş e-mail poçtu vasitəsilə qeydiyyatdan keçərək pornosayta üzv olduqları məlum olub.Lakin qarşı tərəf iddia edir ki, heç bir parolun sızmasından söhbət gedə bilməz. Yaranmış texniki xəta 4 gün sonra bərpa edilib. /Lent.az/