Məşhur Türkiyəli qəssab Nüsret Gökçe 1 fincan qəhvəni 500 türk lirəsinə (təxmini 113 AZN) satacaq.
7times.az “ölkə.az”-a istinadən xəbər verir ki, Gökçe ət restoranlarından sonra bu dəfə qəhvə kafesi açır. Belə ki, qızıl kağıza bükülmüş əti 9000 min türk lirəsinə (təxmini 2034 AZN), qızılı hamburgeru 2000 TL ( təxmini 452 AZN) satan qəssabın kafesində qızıl tozu səpilmiş qəhvənin qiyməti dodaq uçuqladıb.
Əgər məkanın sahibləri ilə razılaşsa o, tezliklə qəhvə sektorunda da bir ilkə imza atacaq. Bunun üçün məşhur qəssab 15 milyon lirə (təxmini 3411000 AZN) xərcə düşməli olacaq.
Follow @7timesaz