Maqazin

Məşhur qorxu filminin çəkildiyi ev satıldı – Fotolar

Məşhur qorxu filminin çəkildiyi ev satıldı – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarağac küçəsində qarabasma” adlı dəhşət janrında lentə alınan məşhur filmin çəkildiyi ev satılıb.

7Times.az Axşam.az-a istinadən xəbər verir ki, ev satışa çıxarılarkən 3 milyon 250 min dollar istənilsə də, malikanə 2 milyon 980 min dollar müqabilində yeni sahibinə təqdim olunub.

1919-cu ildə holland üslubunda tikilmiş ev zamanla təmir edilərək müasir hala gətirilib.

Filmin ssenarisinə görə, Ohayo ştatının Sprinqvud şəhərində yerləşən ev əslində Los-Ancelesdə Şimali Qenesi prospektindədir.

Qeyd edək ki, rejissor Ues Kreyven tərəfindən çəkilən ekran işi istehsalçıya kassada 25,5 milyon dollar qazandırıb.