Dünyaca məşhur amerikan repçi Feti Vəp (Zevier Cordan Maksvel) övladını itirib.
7Times.az xəbər verir ki, bu barədə ifaçının xanımı Türkoiz Mayami instaqram platformasında məlumat yayıb.
İlkin məlumata görə, uşaq bir aydır xəstə olub və yuxuda olarkən vəfat edib.
Xatırladaq ki, Vəp 2015-ci ildə çıxardığı “Trap Queen” adlı sinqılı ilə “ABŞ Billboard Hot 100” çartında ikinci olub və dünyada populyarlaşıb.
Follow @7timesaz