Maqazin

Məşhurlar “8 Mart”da hansı hədiyyələri aldı? – ÖZƏL XƏBƏR

Məşhurlar “8 Mart”da hansı hədiyyələri aldı? ÖZƏL XƏBƏRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

7times.az saytı müğənnilər arasında “8 Mart Beynəlxalq Qadınlar Günü” ilə əlaqədər olaraq xüsusi sorğu keçirib. Sorğumuzda iştirak edən məşhurlara aşağıdakı sualları ünvanladıq:

“8 Martda” aldığınız ən gözəl hədiyyə nə oldu? Və kim tərəfindən verildi?

Özünüzü xoşbəxt qadın hesab edirsiniz?

Roza Zərgərli:

“8 Mart”da mənə ən maraqlı hədiyyə rəfiqələrim tərəfindən verildi. Beş rəfiqəmlə bir araya yığışaraq, gözəl bir şam yeməyi yedik. Birdə təbii ki, övladlarım tərəfindən verilən hədiyyələr xüsusi idi. İkinci suala cavab olaraq isə, bəli, özümü çox xoşbəxt qadın hesab edirəm.

Sevda Sanaliyeva:

Ən gözəl hədiyyə oğlumdan aldığım təbrik zərfi oldu. Mənim üçün ən dəyərli hədiyyədir. O zərfi, ömür boyu evimin ən gözəl yerində saxlayacam. Və çox xoşbəxtəm.

Kəmalə Qaramollayeva:

“8 Mart”da çox hədiyyə aldım. Amma ən maraqlı və ən çox həyəcan verən hədiyyə tanımadığım şəxs tərəfindən anonim yazı ilə qapıma göndərilən gül oldu. İkinci suala cavab olaraq isə, deyə bilərəm ki, mən xoşbəxt anayam.

Elmir Kərimli