Ötən gün sənət aləminə daha bir ağır itki üz verib. Azərbaycan muğam ifaçılığı sənətinin inkişafına böyük töhfələr verən Xalq artisti Canəli Əkbərov 81 yaşında dünyasını dəyişib. Onun vəfatı sənət və şou aləmini yasa boğub. Məşhurlar Xalq artistinin fotolarını yayımlayaraq onun ailəsinə və yaxınlarına başsağlığı veriblər.
BAKU.WS məşhurların həmin paylaşımlarını təqdim edir.
Xalq artisti Aygün Kazımova:
“Daha bir sənətkarımızı itirdik… Allah ailəsinə səbr versin! Allah rəhmət etsin”.
Əməkdar artist Aybəniz Haşımova:
“Çox pozitiv insan idi. Bir dəfə onu qaş-qabaqlı görmədim. Canəli müəllim həmişə insanlara gözəl enerji ötürürdü. Belə xasiyyətli insanlar hər zaman dərdin, qəmin yükünü ürəyinə yığır. Yeni nəslin musiqi zövqünün formalaşmasında və inkişafında əvəzsiz xidmətləri var idi. Allah məkanını behişt etsin. Qəbri nurla dolsun!”
Xalq artisti Gülyanaq Məmmədova:
“Allah rəhmət etsin! Böyük ustadım, gözəl müəllimim, gözəl insan. Ailəsinə dərin hüznlə səbir diləyirik. Məkanı cənnət olsun!”
Prodüser və aparıcı Tarix Əliyev (Tolik):
“Allah rəhmət etsin, Canəli müəllim”.
Əməkdar artist Ehtiram Hüseynov:
“Allah sizə rəhmət etsin, ustad!”
Müğənni Elnur Məmmədov:
“Canəli Əkbərov, Allah sizə rəhmət etsin, insanlığına hörmətim sonsuz sənətkar”.
Müğənni Bahar Lətifqızı:
“Mənim “atam” deyə müraciət etdiyim müəllimim bizi tərk etdi. Bu xəbəri eşidəndə çox pis oldum. Mənə elə gəlirdi ki, o, heç vaxt bizi tərk etməyəcək. Əziz müəllimim, yeriniz cənnət olsun! Çox mehriban, alicənab və qayğıkeş insan idi. Allah rəhmət etsin!”
Xatırladaq ki, xanəndə iki gün əvvəl beyin insultu keçirib. Daha sonra vəziyyəti ağırlaşan C.Əkbərov müalicə olunsa da onun həyatını xilas etmək mümkün olmayıb. Xalq artisti bu gün II Fəxri Xiyabanda dəfn olunacaq.
Follow @7timesaz