Məhərrəmlik ayının başlamasıyla şou-biznes nümayəndələri müxtəlif ölkələrə və Azərbaycanın səfalı guşələrinə istirahətə üz tutublar.
7times.az xəbər verir ki, “Mtv Azərbaycan” sənətçilərin yay istirahətinə xərclədikləri məbləği araşdırıb.
Xalq artisti Aygün Kazımova Bodrumda dincəlib. Sənətçinin qaldığı otelin 1 gecəsi 1 510 manatdır.
Xalq artisti Faiq Ağayev İstanbulda yerləşən otelin bir günü üçün 1 132 manat ödəyib.
Əməkdar artist Vasif Məhərrəmli də qardaş ölkə Türkiyəyə yollanıb. Bodrumda istirahət edən sənətçi qaldığı otelin 1 gecəsi üçün 1 548 manat xərcləyib.
Müğənni Sevda Yəhyayeva həyat yoldaşı ilə birlikdə Rusiyanın müxtəlif şəhərlərində dincəlib.
Rəqqasə Fatimə Fətəliyeva Antalyaya üz tutub. O, otelin bir günü üçün 1 768 manat ödəyib.
Müğənni Niyam Salami Qusarda, Gülay Zeynallı isə Şamaxı və Şəki şəhərlərində istirahət ediblər. axsam.az
Follow @7timesaz